İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanacağına əmindir. Sport24.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bununla bağlı "Football Italia"ya açıqlama verib:

 

"İtaliya 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmasa, ölkəni tərk edəcəm. Mən onsuzda kifayət qədər uzaqda yaşayıram, amma bunu bacarmasaq bir az da uzağa köçəcəm". 

 

Qeyd edək ki, İtaliya 2014-cü ildən dünya çempionatında iştirak etmir. 2026-cı il dünya çempionatının seçmə turnirində isə italyanlar 6 oyundan 15 xal toplayaraq I qrupunda ikinci yerdədirlər.