"Kayrat" Qazaxıstan çempionatının 2024-cü il mövsümünün çempionu olub. Sport24.az xəbər verir ki, komanda tarixində 4-cü dəfə "qızıl"a sahib çıxıb.

 

Almatı təmsilçisi bundan əvvəl 1992-ci, 2004-cü və 2020-ci illərdə 1-ci yeri tutub. 47 xal toplayan "Kayrat" ən yaxın izləyicisi "Astana"nı 1 xal qabaqlayıb. "Bürünc" isə "Aktobe"yə qismət olub. 

 

Qeyd edək ki, ötən il "Ordabaşı" Qazaxıstan çempionu olmuşdu.