Özbəkistan millisinin oyunçusu Abbosbek Fayzullayev karyerasını Fransa liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "L1" radiostansiyası məlumat yayıb.
"Strasburq" hücum xəttini gücləndirmək niyyətindədir və bu məqsədlə Fayzullayevi "rənglərinə" bağlamağı planlaşdırır.
22 yaşlı sağ cinah oyunçusu hazırda Türkiyənin "Başakşehir" klubunun formasını geyinir. "Strasburq" rəhbərliyi onun transferi ilə bağlı danışıqları yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, Fayzullayev ötən yay Moskva ÇSKA-dan türkiyə klubuna transfer olunub. Futbolçu DÇ-2026-da Özbəkistan millisinin heyətində 3 oyuna çıxıb və 1 qolla yadda qalıb.