"Çelsi"nin futbolçusu Uesli Fofana əməliyyat olunub. Sport24.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda "Tottenhem"lə matçda zədə alan fransalı müdafiəçi dizindən əməliyyat edilib.

 

Onun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi açıqlanıb.

 

Qeyd edək ki, Fofana bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.