"Arsenal" Çempionlar Liqasında şəxsi rekordunu yeniləyib. Sport24.az xəbər verir ki, "topçular" dünən Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real"a qalib gəlib – 3:0.
"Arsenal" 2004/2005 mövsümündən sonra turnirdə ən uzun məğlubiyyətsizlik seriyasını yaxalayıb. Komanda son 7 qarşılaşmada 6 qələbə qazanıb, 1 heç-heçə edib.
London klubu tarixində Çempionlar Liqasını qazanmayıb. "Arsenal" sonuncu dəfə 2006-cı ildə finala çıxıb və burda "Barselona"ya uduzub.