Atıcılıq üzrə Dünya kuboku davam edir. Sport24.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan yarışda daha iki növ üzrə mübarizə başa çatıb.

 

Azərbaycanın iki snayperi də hədəf önünə keçib. Kişilərin 25 m məsafədən tapança ilə atəş açma yarışında təsnifat mərhələsinə 24 snayper qatılıb. 569 xalla 14-cü olan Ruslan Lunyov "səkkizlik"dən kənar qaldığı üçün final mərhələsinə yüksələ bilməyib. 

 

Qadınların 10 m məsafədən tapança ilə atəş açma yarışına 41 iştirakçı qatılıb. Xanna Əliyeva 567 xalla 29-cu yeri tutub.

 

Qeyd edək ki, Dünya kubokuna aprelin 11-də yekun vurulacaq.