"Ştutqart" klubun idarə heyətinin sədri Aleksandr Verle ilə müqavilənin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. Sport24.az xəbər verir ki, 50 yaşlı mütəxəssis 2022-ci ilin martından bu vəzifədədir.

 

Komanda ötən mövsüm Bundesliqanı 2-ci pillədə başa vurmuşdu. Hazırda "Ştutqart" 29 turdan sonra 11-ci yerdə qərarlaşıb.