"Sevilya" "Arsenal"ın müdafiəçisi Kieran Tierney ilə maraqlanır. Sport24.az xəbər verir ki, "Sevilya" ilə yanaşı, Tierneyi "Bayer", "Yuventus" və "Everton" kimi komandalar da istəyir.

 

Lakin son məlumata görə, futbolçu "Seltik"ə qayıtmağa qərar verib.

 

Şotlandiyalı oyunçunun "Arsenal"la müqaviləsi bu yay başa çatır. 27 yaşlı sol cinah müdafiəçisi bu mövsüm 15 matçda meydana çıxıb. "Transfermarkt" Tierneyin bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.