"Sauthempton"un müdafiəçisi Kayl Uolker-Piters klubla müqaviləsini uzatmaqdan imtina etdiyi üçün yayda azad agent olacaq. Sport24.az xəbər verir ki, müdafiəçi ilə maraqlanan bir çox komanda var: "Tottenhem", "Çelsi", "Vest Hem", "Fulhem" və "Kristal Pelas". Lakin ən ciddi marağı "Tottenhem" göstərir.

 

Onların yaxın gələcəkdə Uolker-Pitersə rəsmi təklif verəcəyi gözlənilir.

 

28 yaşlı sağ cinah müdafiəçisi "Tottenhem" gənclər akademiyasından keçib. O, 2020-ci ildən "Sauthempton"da oynayır.

 

Uolker-Piters bu mövsüm Premyer Liqada iki məhsuldar ötürmə edib və beş sarı vərəqə alıb. "Transfermarkt" Yamayka əsilli ingilis futbolçunun transfer qiymətini 18 milyon avro olaraq qiymətləndirir.