"Qarabağ"ın U-15 komandası "Junior World Cup Antalya" turnirində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Rauf Əliyevin baş məşqçisi olduğu Ağdam təmsilçisi "Fulhem"in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Hesabı "Qarabağ" futbolçuları açsalar da, görüş İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.