Qabonlu hücumçu Aaron Bupendzanın ölümü ilə bağlı araşdırma yekunlaşıb. Sport24.az xəbər verir ki, dünən Çində yaşadığı binanın 14-cü mərtəbəsindən yıxılan forvardın ehtiyatsızlıq üzündən düşdüyü bildirilib.

 

Bupendza yaralı olaraq xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Bupendza 2020/2021 mövsümündə Türkiyənin "Hatayspor" klubunda çıxış edib. 28 yaşlı futbolçu Fransada "Bordo", "Pau", "Ayaçço", "Trua", Portuqaliyada "Farense", Qətərdə "Əl-Ərəbi", Səudiyyə Ərəbistanında "Əl-Şəbab", ABŞ-də "Çinçinnati" və Rumıniyada "Rapid"in formasını geyinib.