"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Arsenal"a uduzduqları (0:3) oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

 

"İkinci hissədə nələr olduğunu izah etmək çətindir. Fərdi hərəkət etməyə çalışdıq və bizə əks təsir verdi. Nəticədə rəqib topa asan sahib oldu və matçın gedişinə daha yaxşı nəzarət etdi".

 

Komandalar arasındakı cavab oyunu aprelin 13-də olacaq.