"Futbolçularımız bütün bacarıqlarını meydanda qoydular. Onlar cəsarətlə mübarizə aparır, təslim olmurdular". Sport24.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Monteneqro millisinin baş məşqçisi Mirko Mariç deyib.

 

O, Millətlər Liqasının 3-cü turu çərçivəsində baş tutan Azərbaycanla oyun barədə fikirlərini açıqlayıb:

 

"Çox təəssüflənirəm ki, bütün matçı buraxılan qoldan sonra oynadığımız kimi keçirmədik. Əgər 90 dəqiqə bu ritmdə oynasaydıq, qalib gələcəyimizə əminəm. Qol imkanlarına əsasən biz qələbəyə layiq idik. Amma əgər 90+1-ci dəqiqədə hesabı bərabərləşdirirsənsə, narazı qala bilməzsən. Biz hələ də 1-ci yer uğrunda mübarizə aparırıq. Bunun üçün lazım olan hər şeyi Litva ilə matçda etməyə çalışacağıq".

 

Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu 1:1 hesabı ilə başa çatıb.