"Brentford"un futbolçusu Frank Onyeka klubundan ayrıla bilər. Sport24.az xəbər verir ki, meneceri bu həftəsonu etdiyi açıqlamada oyunçunun mümkün transfer' açıq olduğunu bildirib.
"Brentford"un baş məşqçisi Kit Endyus 28 yaşlı futbolçunun bu qış transfer dönəmində komandadan ayrılmasının yüksək ehtimal olduğunu deyib.
Qeyd edək ki, Onyeka 2021-ci ilin yayında "Midtylland"dan "Brentford"a keçib. Nigeriya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisində meydana çıxdığı 9 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.