"Tottenhem" və "Mançester Yunayted" Xavini baş məşqçi postuna gətirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes in Spanish" məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər iki klub hesab edir ki, 45 yaşlı tanınmış mütəxəssis müasir və rəqabətcil futbol fəlsəfəsini komandalarına aşılaya biləcək potensiala malikdir.
Qeyd edək ki, Xavi Ernandesin əvvəlki iş yeri, futbolçu kimi yetişdiyi "Barselona" olub.