"Çempionlar Liqasının Əsas mərhələsinin son turu ərəfəsində yaxın cox vacib matç olacaq. Ümid edək ki, "Qarabağ" doğma azarkeşlər önündə qalib gələrək pley-offa vəsiqə qazanacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı ilə bağlı fikirlərini bölüşüb:

"Əlverişli vəziyyət yaranıb, istifadə etmək lazımdır. Bizim çempionatda fasilə, Almaniya Bundesliqasının davam etməsi problem olmayacaq. Düzdür, hardasa, bu məqamda rəqibin üstünlüyünü qeyd edə bilərik. Əsas odur komanda bu matçın nə dərəcədə önəmli olmasını dərk edir. "Qarabağ"dan danışanda unutmaq lazım deyil ki, "Ayntraxt"ın da pley-off şansları var. Onlarda tam gücünü qoymaqla müsbət nəticə əldə etməyə çalışacaqlar. 3 gün öncə rəqibdə dəyişiklik olub. Baş məşqçi istefaya göndərilib. Hansı komanda psixoloji baxımdan matça hazır olacaqsa, o da uğurlu nəticə qazanacaq. Fikrimcə, maraqlı və açıq oyunun şahidi olacağıq".

 

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Ayntraxt Frankfurt" görüşü saat 21:45-də başlayacaq.