Azərbaycan çempionatında 170-dək boksçu mübarizə aparacaq. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

 

Boks Mərkəzində təşkil olunacaq yarışda kişilər arasında 10, qadınlarda isə 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq.

 

Turnirin açılış mərasimi saat 12:00-da, döyüşlər isə 12:30-da başlanacaq. Yarışda fərqlənən idmançılar yığmanın heyətinə cəlb olunaraq beynəlxalq turnirlərdə ölkəmizi təmsil edəcəklər.

 

Çempionatın baş hakimi Anar Babanlı, supervayzeri Sid Ali Mokretari (Əlcəzair) olacaq. Döyüşləri yerli referilərlə yanaşı, Mərakeş, Argentina, Braziliya, Bolqarıstan və Kubadan olan beynəlxalq dərəcəli hakimlər idarə edəcəklər.

 

Qeyd edək ki, boks üzrə Azərbaycan çempionatına yanvarın 22-də start veriləcək.