Bugünlərdə 70 illik yubileyi ilə əlaqədar olaraq "Neftçi"nin qonağı olan veteran futbolçu Şakir Qəribov "Palms Sports" Futbol Mərkəzində klub televiziyasına geniş müsahibə verib. "Neftçi"yə gəlişi ilə bağlı diqqətçəkən açıqlamalar verən Qəribov futbolçu və məşqçi karyerası barədə sualları cavablandırıb, maraqlı məqamlara toxunub.