"Neftçi" mövsümün ikinci yarısı üçün yeni futbolçu sifariş edəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, söhbət ukraynalı Andrey Ştoqrindən gedir.

Baş məşqçi Yuri Vernidub həmyerlisindən çempionat matçlarında yararlanmaq istədiyini bildirib.

Qeyd edək ki, Andrey Ştoqrin Samir Abasov baş məşqçi olduğu dönəmdə Peşəkar Futbol Liqasına sifariş olunmayıb. 2024-cü ilin iyulunda "Neftçi"yə keçən yarımmüdafiəçinin 2027-ci ilin yayınadək müqaviləsi var.