İspaniya təmsilçisi "Atletik"in (Bilbao) hücumçusu İnyaki Uilyams zədələnib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Futbolçu məşq zamanı sol baldır əzələsindən zədə alıb və məşqi vaxtından əvvəl tərk edib. Bildirilib ki, zədə yüngül–orta dərəcəlidir və futbolçu hazırda müalicə və bərpa mərhələsindədir.

 

Qeyd edək ki, İnyaki Uilyams bu mövsüm La Liqada "Atletik"in heyətində 19 oyunda iştirak edib və 1 qol vurub.

 

Hazırda 24 xala malik "Atletik" İspaniya çempionatının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.