Misli Premyer Liqasının 29-cu turunun oyunlarında qapılara 6 qol vurulub. Spor24.az xəbər verir ki, "Səbaul" - "Turan Tovuz" matçı qolsuz bərabərliklə başa çatıbsa, "Kəpəz" "Sabah"ı, "Qarabağ" "Zirə"ni 1, "Neftçi" "Şamaxı"nı, "Araz-Naxçıvan" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib.
Bu, məhsuldarlıq baxımından ən aşağı ikinci göstəricinin təkrarıdır. 24-cü turda da qapılara 6 top vurulub.
Çempionatda ən aşağı məhsuldarlıq isə 12-ci tura təsadüf edib. Həmin vaxt beş görüşdə cəmi beş qol qeydə alınmışdı.