Oyunçuların pley-off oyunlarını buraxma ehtimalını azaltmaq üçün dünya çempionatının qrup mərhələsindən və dörddəbir finaldan sonra bütün sarı vərəqələrin sıfırlanması planlaşdırılır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ, Kanada və Meksikada keçirilən turnirdə toplanmış sarı vərəqələrə görə diskvalifikasiya ilə bağlı yeni qaydaların FİFA-nın çərşənbə axşamı Vankuverdə keçiriləcək toplantısında müzakirə ediləcəyi və təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, əvvəlki dünya çempionatlarında sarı vərəqələr yalnız dörddəbir finaldan sonra ləğv edilirdi. Lakin turnirin 48 komandaya (əvvəlki 32 komandadan) genişlənməsi nəzərə alınmaqla, FIFA diskvalifikasiyaların sayını azaltmaq üçün qaydaları dəyişdirmək niyyətindədir.