"Barselona"nın hücumçusu Ferran Torres bu mövsümkü çıxışını dəyərləndirib. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, ispan futbolçu bu mövsüm 32 matçda 13 qol vurması barədə bunları deyib:

 

"Hans Flik tərəfindən güvən hiss edirəm. Onun mənə göstərdiyi etimaddan çox məmnunam. Meydanda olanda maksimumu verməyə cəhd göstərirəm".

 

Qeyd edək ki, 25 yaşlı forvard 2027-ci il iyunun 30-na qədər "Barselona"ya məxsusdur. O, 2022-ci il yanvarında "Mançester Siti"dən Kataloniya təmsilçisinə keçib.