"Fənərbaxça" Portuqaliya millisinin üzvü Rafael Leao üçün "Milan"a 50 milyon avro təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Türkiyə klubunun təklifi sabit ödənişlər şəklində 40 milyon avro və bonuslar şəklində 10 milyon avrodur. Futbolçunun özünə isə ildə 8 milyon avro dəyərində beş illik müqavilə təklif olunub.
Leaonun "Milan"la hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Qeyd edək ki, futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyunda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.