Moldovanın "Dinamo-Avto" klubunun yeni baş məşqçisinin adına aydınlıq gətirilib. Sport24.az xəbər verir ki, Tiraspol təmsilçisi türkiyəli Cüneyt Karakuş çalışdıracaq.

O, istefaya göndərilən azərbaycanlı həmkarı Novruz Əzimovu əvəzyləyib.

57 yaşlı Karakuşla cari mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bunadək “Boluspor”, “Heart of Lions” və “Pacific Heroes” klublarında işləyib.