Hücumçu Dominik Kalvert-Lyuin agentini işdən çıxarıb. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 28 yaşlı ingilis yeni klub tapmaqda çətinlik çəkir. Bir müddət əvvəl mətbuatda futbolçunun "Mançester Yunayted", "Nyukasl" və "Lids"in maraq dairəsində olduğu bildirilirdi.

 

Qeyd edək ki, Kalvert-Lyuin 2016-cı ildən "Everton"da çıxış edir. O, 273 oyun keçirib, 71 qol vurub və 22 məhsuldar ötürmə edib. İyulun əvvəlindən isə forvard azad agent statusu qazanıb.