"İnter" "Monako"nun yarımmüdafiəçisi Maqnes Akliuşun xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 23 yaşlı fransalı bu yaxınlarda keçirilən yoldaşlıq görüşündə (oyun 2:1 hesabı ilə italyanların xeyrinə başa çatıb) "İnter"ə vurduğu qolla diqqət çəkib. "Monako" Akliuşa marağın artması fonunda onu 70 milyon avroya satmağa hazırdı. Bir müddət əvvəl "Bayer" onun üçün "Knyazlıq klubu"na 50 milyon avro təklif etmişdi.
Qeyd edək ki, Akliuş 2024/25 mövsümündə 43 matçda 7 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun "Monako" ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.