"Tottenhem" "Kristal Pelas"ın hücumçusu Ebereçi Ezeni transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə  "Daily Mail" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 27 yaşlı oyunçunun müqaviləsində avqustun sonuna qədər nəzərdə tutulan 68 milyon funt-sterlinq (təxminən 78,6 milyon avro) məbləğində sərbəst qalma maddəsi var.

 

Qeyd edək ki, Ezenin hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Ötən mövsüm forvard 43 oyunda meydana çıxıb, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.