Zirə"nin yeni transferi Leroy Mikels Bakı təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb. Spor24.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Almaniyalı oyunçu ona güvəndikləri üçün "qartallar"a təşəkkür edib:
"Zirə"yə qoşulduğuma görə xoşbəxtəm. Mən artıq hazıram".
Qeyd edək ki, "Zirə" oyunçu ilə 2 illik müqavilə imzalayıb. O, ötən mövsüm "Şamaxı"nın formasını geyinib.