"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko "Fənərbaxça"ya keçməyə yaxın olub. Lakin siyasi çalarlara görə transfer baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Serkan Həmzəoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, tərəflər sövdələşmədə demək olar ki, razılaşıblar. Ancaq keçid ukraynalının siyasi mövqeyi səbəbindən baş tutmayıb. Bu da Türkiyədə müəyyən icmaların kəskin tənqidinə səbəb olub.
Bu üzdən klub rəhbərliyi ehtiyatlanıb. Ərəblərdən çoxsaylı təhdid mesajları alan futbolçunun özü də klubu dəyişmək fikrindən daşınıb.
Qeyd edək ki, Zinçenko bu mövsüm hələ "Arsenal"ın heyətində meydana çıxmayıb.