Portuqaliyalı Xorxe Jesus "Əl-Hilal"dan qovulub. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssislə müqaviləyə Asiya Çempionlar Liqasının yarımfinalında "Əl-Əhli"yə məğlubiyyətdən (2:3) iki gün sonra xitam verilib. Mütəxəssisin özü qeyd etmişdi ki, mövsümdə əsas məqsəd turnirin qalibi olmaqdır.

 

A Bola-nın məlumatına görə isə Braziliya Futbol Konfederasiyası (CBF) və Karlo Ançelotti arasında danışıqlar dayanandan sonra Xorxe Jesus Braziliya millisinin baş məşqçisi postuna əsas namizəddir.