Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib. Sport24.az xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

 

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.

 

Məşqlər Bakıda təşkil olunacaq "Heydər Əliyev kuboku-2025" beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

 

Qeyd edək ki, "Heydər Əliyev kuboku-2025" mayın 16-21-də keçiriləcək.