Misli Premyer Liqasının 33-cü turunun ikinci oyun günündə daha iki matç baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması bölgədə keçiriləcək.

 

"Şamaxı" autsayder "Səbail"i qonaq edir. Hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "şirlər"in elitada yerini qoruyacağı heç kimdə şübhə doğurmur. "Dənizçilər"in vəziyyəti isə fərqlidir. Paytaxt klubu I Lİqaya yuvarlanmağın biraddımlığındadır.

 

Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXXIII tur

17:00. "Şamaxı" - "Səbail" 1:1

Qol: Alfons Msanqa, 33, Rüfət Abdullazadə, 67, pen

 

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 20. Leroy Mikels (k) 93. Brahim Konate 30. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 33. Alfons Msanqa

 

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 14. Vüsal Məsimov 23. Murad Vəliyev 19. Fəxri Məmmədli 12. Maykl Tuik 66. Vasiliye Bakiç

 

Baş məşqçi: Ayxan Abbasov

 

"Səbail": 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev 97. Oruc Məmmədov 10. David Qomis 99. İnnosent Nşuti 4. Marko Nikoliç 14. Suleyman Alluş

 

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 19. Samir Abdullayev 16. Emin Rüstəmov 89. Ömər Qurbanov 44. Amir Bilali 7. Madi Queta 5. Gitay Sofir

 

Məşqçi: Elvin Məmmədov

 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı. Şəhər stadionu