Misli Premyer Liqasının XXXIII turunda keçirilən "Şamaxı" - "Səbail" (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Elvin Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
-- Bizi çətin oyun gözlədiyini bilirdik. "Şamaxı"nı ev oyunlarında məğlub etmək asan məsələ deyil. Qarşıdakı oyunlara hazırlaşacağıq. Ayxan müəllim döyüşkən kollektiv yaradıb.
- Qələbə qazana bilmirsiz. Bu nəylə bağlıdı?
- Şans, qismət, idman xoşbəxtliyi... Çox şeylə əlaqələndirmək olar. Premyer-liqada qalmaq istəyirik. Komanda bunun üçün əlindən gələni edir. Gənc məşqçiyəm böyük danışmaq istəmirəm, amma həm "Araz-Naxçıvan"la, həm də "Şamaxı"yla matçda xal itirdik.
- Rüfəti erkən əvəzləməyinizin səbəbi nəydi?
- Özü istədi.
Nuh Tarverdiyev