"Real" və "Çelsi"nin keçmiş futbolçusu Eden Azar Zinəddin Zidanı "mənim qəhrəmanım" adlandırıb. Sport24.az xəbər verir ki, hazırda "Napoli"nin formasını geyinən futbolçu bununla bağlı "SoccerBible"ya açıqlama verib:
"Mənim qəhrəmanım? Heç şübhəsiz ki, Zizu. O, bizə lazım olan biri idi. Qardaşlarım və mən 1998-ci il dünya çempionatında əfsanəvi Fransa komandasının oyununu izlədik. Zidan, şübhəsiz ki, mənim favoritim idi".
Azar 2019-2021-ci illərdə "Real"da Zinəddin Zidanın rəhbərliyi altında oynayıb. Bu müddət ərzində belçikalı "ağ-qaralar"la iki dəfə La Liqa, bir İspaniya Superkuboku, bir kubok, Çempionlar Liqası və UEFA Super Kubokunu qazanıb.