Məşhur "Deloitte" audit şirkəti 26-cı dəfə yayımladığı "Pul Liqası" adlı hesabatında "dünyanın ən çox gəlir əldə edən futbol klubları"nın hesabatını təqdim edib. Sport24.az xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu siyahıya başçılıq edir.

Ötən illə müqayisədə gəlirlərini 150 milyon avro artıran "Liverpul" klub tarixində ilk dəfə üçlüyə daxil olub. Ümumilikdə isə Avropanın ən zəngin 20 klubunun gəlirlər 13 faiz artaraq 9 milyard 200 milyon avroya çatıb.