2023-cü ildə keçiriləcək klublararası dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib. Sport24.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçiriləcək.

Bu barədə FİFA-da keçirilən iclasda yekdilliklə qərar qəbul edilib.

Qeyd edək ki, klublararası son dünya çempionu İspaniyanın "Real Madrid" klubudur.