Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi PSJ-nin qapıçısı Canluici Donnarummanı iki oyunluq cəzalandırıb.

Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı qolkiper Fransa çempionatının 14-cü turunda "Havr"la matçda (2:0) birbaşa qırmızı vərəqə alıb.

 

Qeyd edək ki, Donnarumma Liqa 1-də "Nant" (9 dekabr) və "Lill"lə (17 dekabr) matçları buraxacaq.