Türkiyə Kubokunda 5-ci raundun püşkü atılıb.
Sport24.az xəbər verir ki, püşk nəticəsində azərbaycanlı futbolçuların komandalarının da növbəti rəqibləri müəyyənləşib.
Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" "Ərzincanspor"la üz-üzə gələcək. Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"u növbəti turda "Sakaryaspor"la görüş gözləyir. Coşqun Diniyevin komandası – "Ümraniyəspor"in bəxtinə isə daha güclü rəqib - "Qalatasaray" düşüb.
5-ci mərhələnin oyunları 9-11 yanvar aralığında keçiriləcək.