Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın həyatı animasiya serialı olaraq ekranlaşdırılacaq. Sport24.az xəbər verir ki, layihə Hindistan şirkəti tərəfindən reallaşdırılacaq.

 

Şirkət artıq personajla bağlı bütün zəruri hüquqları əldə edib. Film Maradonanın futbola addım atdığı ilk illərdən dünya şöhrətli futbolçu olmasına qədərki həyat yolunu əks etdirəcək.

 

Burada onun karyerasının əsas anları, şəxsi həyatı və özündən sonra qoyduğu dərin mədəni izlər nümayiş olunacaq.

 

Hazırda layihə işlənmə mərhələsindədir. Yaxın zamanda yaradıcı komanda və filmin tarixi haqqında daha ətraflı məlumatın açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Argentina millisinin heyətində dünya çempionu olan Dieqo Maradona 2020-ci il noyabrın 25-də, 60 yaşında vəfat edib.