2034-cü il dünya çempionatı 2035-ci ilin əvvəlində keçirilə bilər. Sport24.az "The Athletic"ə istinadən xəbər verir ki, bu qərar müsəlmanların müqəddəs Ramazan ayı 2034-cü ilin noyabr və dekabr aylarına təsadüf etdiyi üçün verilə bilər.

 

2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək. 2022-ci il dünya çempionatı da qışın əvvəlində Qətərdə baş tutmuşdu.

 

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantinonun sözlərinə görə, qurum hələ 2034-cü ildə keçiriləcək dünya çempionatının tarixi ilə bağlı yekun qərar verməyib.