L qrupunda yer alan İngiltərə millisi mundiallar tarixində yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, bu barədə "Opta" analitik portalı məlumat yayıb.
Britaniyalılar Afrika təmsilçisi ilə oyunun gedişində 78,8 faiz topa sahib olsalar da, kəmiyyəti keyfiyyətə çevirə bilib rəqib qapısına yol tapa bilməyiblər.
Dünya çempionatı matçında qol vurmadan ən çox topa sahiblik:
23 iyun 2026 | İngiltərə - Qana | 78,8%
20 iyun 2026 | Türkiyə - Paraqvay | 78,5%
6 dekabr 2022 | İspaniya - Mərakeş | 76,8%
19 iyun 2014 | Yaponiya - Yunanıstan | 75,8%
27 iyun 2018 | Almaniya - Cənubi Koreya | 75,0%