dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində baş tutan Portuqaliya - Xorvatiya matçında mundiallar tarixində yeni rekord qeydə alınıb. Qeyd edək ki, matç Portuqaliyanın 2-1 hesablı qələbəsi ilə başa çatıb.

 

Norveçli hakim Espen Eskaas oyunun sonunda əsas vaxta 10 dəqiqə əlavə etsə də, ikinci yarı daha çox sürüb.

 

90+14-cü dəqiqədə Yoşko Qvardiol oyunda hesabı (2-2) bərabərləşdirib. Lakin hakimlər VAR-a baxdıqdan sonra xorvatiyalı oyunçunun qolunu ofsayd səbəbindən qeydə almayıblar. 

 

Əlavə vaxt 18 dəqiqə 51 saniyə olub ki, bu, dünya çempionatları tarixində tək bir hissəyə (birinci hissə, ikinci hissə və ya əlavə vaxt) əlavə olunmuş vaxt üzrə yeni rekorddur. Əvvəlki rekord DÇ-2022-də İngiltərə-İran matçında (14 dəqiqə 3 saniyə) qeydə alınmışdı.