Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə karyerasını İsraildə davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi açıqlama yayıb. Abdullazadə karyerasını "Hapoel Kiryat Şimona"da davam etdirəcək. Millimizin üzvü artıq İsrailə yollanmaq üçün səfirlikdən viza alıb.

 

Abdullazadə müqavilə ilə Xorvatiyanın "Varajdin" klubuna məxsusdur. O, qarşıdakı mövsümü "Hapoel Kiryat Şimona"da icarə əsasında çıxış edəcək. 

 

Qeyd edək ki, Rüfət ötən mövsümün ikinci yarısını icarə əsasında "Zirə"də keçirib.