"Beşiktaş" "Monako"nun müdafiəçisi Kassum Uttara ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Müqavilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

 

"Transfermarkt" portalının məlumatına görə, 21 yaşlı fransızın transfer qiyməti 8 milyon avro təşkil edib. Onun "Monako" ilə müqaviləsi 2028-ci ilin yayına qədər idi.  

 

Qeyd edək ki, müdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 24 matçda dörd məhsuldar ötürmə ilə yadda qalıb.