İngiltərənin "Bornmut" klubu yay "transfer pəncərəsi"ndə heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır. Sport24.az "The Athletik" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Elçe"nin hücumçusu Alvaro Rodrigesin keçidi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə edib.

Mənbənin məlumatına görə, bu keçid Premyer Liqa klubuna bonuslarla birlikdə 30 milyon avroya başa gələcək. Sövdələşməyə əsasən, "Bornmut" İspaniya klubuna ilkin olaraq 25 milyon avro ödəyəcək, qalan 5 milyon avro isə bonus şəklində nəzərdə tutulub.

21 yaşlı uruqvaylı forvardın yeni klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Alvaro Rodriges başa çatan mövsümdə "Elçe"nin heyətində 36 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.