"Mançester Siti" "Lester"in hücumçusu Jeremy Monqanı transfer etməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Siti" klubu 16 yaşlı ingilis futbolçu ilə danışıqları yekunlaşdırmağa yaxındı. Transfer haqqı 10 milyon funt sterlinq olaraq müəyyən edilib.
"Arsenal" bir neçə həftədir ki, oyunçunu transfer etmək üçün danışıqlar aparırdı. Lakin London klubu keçidə görə bu qədər böyük məbləğ ödəməyə hazır deyildi.
Qeyd edək ki, Monqa "Lester"in yetirməsidir. O, 2025/26 mövsümündə 30 oyunda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib.