"Bavariya" "Yuventus"un müdafiəçisi Bremerlə ilkin danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsiou sosial şəbəkə hesabında paylaşım edib. 

 

Alman klubu 29 yaşlı braziliyalı futbolçunun transfer perspektivlərini və mümkünlüyünü qiymətləndirir. Lakin hazırda Turin təmsilçisinə heç bir rəsmi transfer təklifi edilməyib.

 

"Transfermarkt" postalı onun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

 

Qeyd edək ki, Bremer 2025/26 mövsümündə bütün turnirlərdə 31 oyun keçirib, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Müdafiəçi hazırda 2026-cı il dünya çempionatında Brazliya millisinin düşərgəsindədir.