"Neftçi"nin oyunlarını yaxından izləyirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Neftçi"nin və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Culius Vobay deyib.

 

Syerra-Leoneli veteran futbolçu "ağ-qaralar"ın avrokuboklara vəsiqə qzanmasına sevindiyini də vurğulayıb:

 

"Neftçi"ni yenidən Avropada görmək məni sevindirdi. Bu komanda hər zaman zirvələr üçün mübarizə aparıb. Mövsümün ikinci yarısında yaxşı oyun sərgilədilər. Düşünürəm ki, Konfrans Liqasında əsas mərhələyə yüksələ bilərlər. Çünki komandada bu potensial var. Sabiq komandamda Avropada uğurlar".

 


Vobay təklif alacağı təqdirdə yenidən Azərbaycana qayıtmaq istədiyini və məşqçi işləmək arzusunda olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Culius Vobay 2011-ci ildə "Xəzər Lənkəran"ın, 2012-2015-ci illərdə isə "Neftçi"nin formasını geyinib.