2026-cı il dünya çempionatının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək Avstraliya - Misir oyunu ərəfəsində Afrika təmsilçisinin Dallasda qaldığı oteldə polislə toqquşma baş verib. Sport24.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.

 

Misir millisinin direktoru İbrahim Həsənlə polis arasında münaqişə təhlükəsizlik işçisinin onu kənara itələməyə və gənc azarkeşin oyunçularla şəkil çəkdirməsinə mane olmağa çalışmasından sonra baş verib. Tərəflər arasında söz atışması az qala böyük  davaya çevrilib. Hadisə yerindən bir neçə video sosial mediada paylaşılıb.

 

Qeyd edək ki, Avstraliya - Misir qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.